Mehriban və zərif... təcavüzkar
Dünən Moskva polisinə gənc qadın müraciət edərək təcavüzə uğradığını bildirib.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, hadisə Şosseynaya küçəsindəki evin girişinin yaxınlığında baş verib, naməlum kişi qadına hücum edib, kolların arasına çəkib və təcavüz edib.
“Cinayətkar qadını evin həyətində zorlayıb, daha sonra isə ona heç kimin zərər verməməsi üçün evə ötürüb. Bundan başqa o, qurbanını qucaqlayaraq sakitləşdirməyə çalışıb”, - life-a hüquq-mühafizə orqanlarında danışıblar.
Qadın ona hücum edən kişini əvvəllər tanımadığını bildirib. Bundan başqa o əlavə edib ki, təcavüzkar özünü Vasili kimi təqdim edib və ona ehtiyatlı olmağı tapşırıb.
Zorlama faktı üzrə Rusiya Lyublinsk rayonu üzrə İstintaq Komitəsi şöbəsinin əməkdaşları cinayət işi açıblar. Zərərçəkənin sözləri əsasında hücum edən şəxsin fotorobotu yaradılıb.
Mənbə:> Oxu.Az