Mel Gibson qadın fotoqrafa hücum etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kino, Maqazin

Mel Gibson qadın fotoqrafa hücum etdi

Mel Gibson qadın fotoqrafa hücum etdi


Qalmaqallarla məşhur olan aktyor və rejissor Mel Gibson bu günlərdə Avstraliyada keçirilən İsrail kinosu festivalında qadın fotoqrafa hücum edib.

Oxu.Az xəbər verir ki, hadisə 59 yaşlı Gibson yeni rəfiqəsi, atçılıq idman növü üzrə dünya çempionu, 24 yaşlı Rozalind Ross ilə kinoteatrdan çıxarkən baş verib.

Xəsarət alan Daily Telegraph nəşrinin fotoqrafı Kristi Miller jurnalistlərə bildirib ki, o, aktyorun şəklini çəkmək istəyib və bir şəkil çəkib, amma baş verənlərə Gibson qeyri-adekvat reaksiya verib. O, qadını itələyib, sonra isə qışqırmağa və təhqir etməyə başlayıb. O, yalnız Rozalind Ross ona “Bəsdir” dedikdən sonra sakitləşib.

Gibsonun çevrəsi Kristi Millerin bu danışdıqlarını uydurma adlandırıblar, aktyor və fotoqraf arasında heç bir fiziki kontaktın olmadığını bildiriblər. Bundan başqa, Gibsonun nümayəndəsi Alan Nayrobun sözlərinə görə, paparatsi uzun müddət cütlüyü izləyib, aktyor isə ondan dəfələrlə buna son qoymağı xahiş edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *