Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı

Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20,06%) “2”, 47937 nəfəri (45,98%) “3”, 21715 nəfəri (20,83), 13694 nəfəri (13,13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25,31%) “2”, 39687 nəfəri (37,99%) “3”, 19411 nəfəri (18,58%) “4”, 18940 nəfəri (18,13) isə “5“ qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18,34%) “2”, 16512 nəfəri (19,56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18,96%) “2”, 17026 nəfəri (20,13%) “5”, Xarici dildən 19908 nəfəri (23,72%) “2”, 17011 nəfəri (20,27%) “5”, Kimya fənnindən isə 186 nəfəri (27,64%) “2”, 42 nəfəri (6,24) isə “5” alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *