ATV-nin aparıcısı ANS-ə keçdi
Bir müddət əvvəl ATV-dən ayrılan teleaparıcı Alidə Mustafayeva peşəsini ANS telekanalında davam etdirməyə qərar verib.
Oxu.Az-а açıqlama verən A.Mustafayeva əvvəlki iş yerini nə üçün tərk etməsinin dəqiq səbəblərini açıqlamaq istəməyib.
“Sevdiyim peşəmi artıq ANS Şirkətlər Qrupunda davam etdirəcəyəm. Dəvətə görə “Xəbərlər Xidməti”nin baş redaktoru Fidan xanıma təşəkkür edirəm”, - deyə teleaparıcı bildirib.
Mənbə:> Oxu.Az - Aytən Sadıqzadə