Sinəsi böyük qız üstündə mübahisə – FOTO
İki ölkə bu dəfə Krımdan olan gözəlçə üstündə mübahisəyə girib. Təbii iri sinəyə sahib olan Mariya Zarrinq Ukraynanın bölgəsi olan Krımda dünyaya gəlib. İndi isə Krım Rusiyanın tərkib hissəsi hesab olunur. Bu səbəbə görə də, 28 yaşlı iri sinəli Mariya Rusiyanın modeli seçilib.
Lakin Ukrayna şərhçiləri bildirir ki, Rusiya iri sinəli modeli rus kimi qələmə verməklə Ukraynanı alçaltmaq məqsədi güdür. Həmçinin şərhçilərin iddiasına görə, Mariyanın sinəsi təbii deyil. Sinəsinin ölçüsü 12 olan Mariya isə hər iki ölkə arasında gedən müharibəyə şərh bildirərək deyib: “Məni siyasət maraqlandırmır. Öz sinəmlə və bədənimlə fəxr edir, həmçinin öz titulum və ölkəmlə də qürur duyuram”.
Ukrayna isə öz növbəsində ən böyük və gözəl sinəyə sahib olan Mariyanın rus kimi qələmə verilməsi ilə razılaşa bilmir. Qeyri-adi sinəyə malik olan Mariya özünü aktrisa, model və müxtəlif əyləncə şoularının aparıcısı hesab edir. Lakin o, daha çox bir sıra tədbirlərdə Aleksey Mitrofanovla (Dövlət Dumasının deputatı) göründükdən sonra məşhurlaşıb. Mariya Moskvaya köçənədək Krımda yaşayıb.
Elə buna görə də Rusiya tərəfi Mariyanı rus hesab edir.
Mənbə:> Qadınlar.biz