Goranboylu “Vanqa” Bakıda saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Goranboylu “Vanqa” Bakıda saxlanıldı – VİDEO

Goranboylu “Vanqa” Bakıda saxlanıldı

Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən yeddi nəfərlik dəstənin daha iki üzvü - “Vanqa” ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev Bakı şəhərində saxlanılıb.

Oxu.Az-ın Region TV-yə istinadən verdiyi xəbərə görə, müstəntiq Ağaxan Abdullayev faktla bağlı bildirib ki, tutulan şəxslər məsuliyyətdən yayınmaq üçün gizləniblər.

İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan V.Hüseynov və İ.Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. Onlar Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib.

“Vanqa” ləqəbli V.Hüseynov əməlinə görə heç də peşman olmadığını bildirib:

“Axtarışda olan vaxt pulumuz yox idi. Bunun səbəbdən Dəliməmmədlidə bir mağazanı və bir çay evini yardıq. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki?! Bunu mən eləmişəm”.

Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *