Beren “Kösem”dən gedir? – VİDEO+FOTO
“Muhteşem yüzyıl – Kösem”in yeni mövsümündə tamaşaçıları böyük bir sürpriz gözləyir.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2-ci sezonda Beren Saatın serialdan ayrılacağı, onun yerinə Nurgül Yeşilçayın gələcəyi iddia edilib.
Artıq Nurgül Yeşilçayın layihə prodüserləri ilə müqavilə bağladığı qeyd edilib.
Beren başqa bir kanalda davam edəcək serialın yeni sezonunun ilk hissəsində rol alacaq. Ardından ekran işində zaman keçidi baş verəcək, yeni “Kösem sultan” tamaşaçı qarşısına keçəcək.
İddialara görə, Beren Saat serialda yaşlı bir qadın obrazını canlandırmaq istəməyib, bu səbəbdən tarixi layihədən ayrılıb.
Mənbə:> Qafqazinfo.az