“Kösem” bitir... – REYTİNQ BÖHRANI
Dünən axşam Uçankuş TV-nin “İki qadın arasında” proqramında “Muhteşem Yüzyıl-Kösem”in 26-cı bölümündə final edəcəyi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, ən böyük büdcəyə malik olan serial “reytinq bataqlığı”ndan çıxa bilməyib.
Serialın yayımlayanı Star TV serialla bağlı qəti qərarını verib.
Bu həftə 17-ci bölümü ilə tamaşaçıların qarşısına çıxacaq “Kösem” mayın 12-dən etibarən ekranlarla vidalaşacaq.
Qeyd edək ki, serialı ərsəyə gətirən “TİMS” şirkəti reytinq səbəbindən aktrisa Beren Saatı 2 bölüm qabaq tamaşaçılar qarşısına çıxarmışdı. Beren Saatın yer aldığı ilk bölüm 9 pillə irəliləmişdi. Lakin serialın sonuncu bölümü reytinq baxımından yenidən geriləməyə başladı.
Xatırladaq ki, “Muhteşem Yüzyıl-Kösem” serialı 25 ölkəyə satılmışdı.
Mənbə:> Qafqazinfo.az