Əri ona kök dedi, qadın arıqlayıb başqası ilə evləndi – FOTO
Çəkisi 140 kq olan 35 yaşlı Cen Mellor artıq arıqlamağın vaxtı gəlib çatdığını düşünüb.
Həyat yoldaşının təhqiredici sözlərindən təngə gələn qadın ondan boşanmaq qərarına gəlib.
" Artıq çəkimə görə o həmişə məni alçaldırdı. Onun bu davranışı mənə motivasiya vermirdi, əksinə stress keçirməyimə səbəb olurdu. Sonuncu dəfə o, məni "kök inək” adlandıranda ona bu sözləri eşitməkdən xoşum gəlmədiyini bildirdim."
Cen həmişə kilolu olub, amma uşaqla tək qalanda özünə nəzarət etməyib. Sonradan qadın onun çəkisindən heç bir narahatlıq keçirməyən Endi adlı bir şəxslə tanış olub. Onlar evləniblər. Sonra Endi ona kök olduğu üçün irad tutub və qadının arıqlamaq üçün etdiyi səyləri sanki heç görmürmüş kimi davranıb.
"Mən bir qədər çəki itirəndə, o deyirdi: «Sən guya arıqlamısan?"
Cenin əri isə boşanmalarının səbəbini qadının köklüyü ilə deyil, Cenin ona xəyanət etməsi ilə əlaqələndirib. Boşandıqdan sonra Cen öz üzərində çalışmağa qərar verib: o qida rasionunu dəyişib və idmanla məşğul olub. Qadının çəkisi 63 kq düşüb və başqa bir şəxslə tanış olub.
" Stuart arıqladığım müddətdə həmişə məni dəstəkləyib. Bir vaxtlar o da, 16 ay ərzində 100 kq-dan çox arıqlayıb. Buna görə də o, məni başa düşür."
Mənbə:> Azadqadin.az