“Yaxşı ki, ayaq əvəzinə başı kəsilməyib” - Tanınmışlar » AzNews.info -Xəbər portalı

“Yaxşı ki, ayaq əvəzinə başı kəsilməyib” - Tanınmışlar

“Yaxşı ki, ayaq əvəzinə başı kəsilməyib” - Tanınmışlar


Bakıda həkimin şəkərli diabet xəstəsi 82 yaşlı Tərlan Əliyevanın qanqrenalı sol ayağı əvəzinə, sağlam olan sağ ayağını kəsməsinə ölkə ictimaiyyəti də səssiz qalmayıb.

Axar.az tanınmış simaların Feysbukda həkimin dəhşətli səhvi ilə bağlı yazdığı statuslardan bəzilərini təqdim edir:

Kamran Əsədov (təhsil eksperti):

Xalxın uşağı səhv edib, gedir yeni qitə kəşf edir (1492-ci ildə Xristofor Kolumb Hindistana gedəcəkdi, səhvən Amerikaya getdi), bizimki səhv edib mövcud olanı da məhv edir.

Aqşin Evrən (şair):

Yaxşı ki, həkimlər kəsdikləri ayağı atıblar, iraq-iraq ayağı kəsib, adamın özünü tullaya bilərdilər.

Aqil Layıc (vəkil):

Əslində elmi və tibbi tərəqqidir. Həkim irəlini görən olub və hesab edib ki, digər ayaq işləməyəndən sonra sağ ayaq belə xəstəyə lazım deyil. Nəticədə hər iki ayaq neytrallaşdırılıb. Həmçinin xəstə Allahına şükür etməlidir ki, ayaq əvəzinə başı kəsilməyib. Tibbimiz Afrika cəngəlliklərinə nisbətdə həqiqətən də inkişaf etmişdir.

Nail Zeynalov (jurnalist, köşə yazarı):

Səhvən sağlam ayağı kəsən həkimin üstünə çox gedirsiz, ayaqdı da, illərdi doğum evlərində biz kişiləri doğuzdururlar, səsimiz də çıxmır...

Turanə Əliyeva (İctimai fəal):

Diabetik qanqrenadan əziyyət çəkənlərə müjdə! Angioloji və Mikrocərrahiyyə Mərkəzi sərfəli yay kampaniyası elan edir: bir ayağını amputasiya etdirənə, ikinci ayağın amputasiyasını həkim Valeh Kərimov pulsuz edəcək. Tələsin!

Hatəm Cabbarlı (Siyasi elmlər doktoru):

Kaş ki, savadsız həkimlərin əlində birinci ona Tibb Universitetində dərs deyib, qiymət verən müəllimləri öləydi...

Zakir Osmanov (İctimai fəal):

“Əgər yaşamaq istəyirsizsə, bütün pullarınızı mənə verin”. Bunu əvvəllər quldurlar deyərdi, indi isə həkimlər deyir.

Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *