Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər


“Bakıda “Formula-1” Avropa Qran Prisi gələn il axşam keçirilə bilər. Yarışlar süni işıq altında daha maraqlı ola bilər”.

Oxu.Az “Sport Ekspress”ə istinadən xəbər verir ki, bu barədə “Formula-1”-in baş promouteri Berni Ekklstoun bəyan edib.

“2017-ci ildə daha nələrin edilməsi mümkün olması haqqında düşünmək lazımdır. Məsələn, təşkilatçılar yolu daha açıq edə bilərlər. Bu indi edilməyib, çünki gedişatın necə olacağı bilinmədiyi üçün onlar sığortalanmışdılar.

Yarışların axşam 7-də başlayacağını görmək istərdim. Mərhələnin layiqli təşkilatı üçün göstərilən səyləri görmək sevindirici idi. Yol çox yaxşı alındı”, - Ekklstoun deyib.

Qeyd edək ki, Avropa Qran Prisi Bakıda 17-19 iyun tarixlərində keçirilib. Müqaviləyə əsasən, yarışlar Azərbaycanın paytaxtında qarşıdan gələn 4 il müddətində keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *