Azərbaycanda daha çox oğlanlar intihar edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanda daha çox oğlanlar intihar edir

Azərbaycanda daha çox oğlanlar intihar edir

Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.

P.Əliyev bildirib ki, uşaq intiharlarının qarşısını almaqdan ötrü uşaqlar arasında sorğu da keçiriblər:

“Məlum olub ki, uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır. Ailə daha çox qızın fikirlərinə, istəklərinə önəm verir, qıza qarşı etinasız olmur. Amma oğlan uşaqlarına qarşı ailə çox vaxt etinasız olur. Oğlanlar evdən daha uzaq olur, öz problemlərini evdə deməkdən çəkinirlər. Qızlar öz problemlərini analarına rahat deyirlər, oğlanlar isə demirlər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *