Rusiyada azərbaycanlı qatilin döyülmə anı – VİDEO
Xəbər verildiyi kimi dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiysk topdansatış meyvə-tərəvəz bazarında azərbaycanlı biznesmen, 43 yaşlı Maarif İsmayılov keçmiş polis işçisi və sahə müvəkkili Emil Hüseynov tərəfindən güllələnib.
Şahidlərin bildirdiyinə görə, E.Hüseynov soyuqqanlı şəkildə M.İsmayılova yaxınlaşıb, ona əldəqayırma tapança ilə 6 güllə atıb, sonuncu gülləni başından vurub və hadisə yerindən qaçmağa çalışıb. Lakin bazarda işləyən azərbaycanlılardan ibarət kütlə Emil Hüseynovu hadisə yerindən təxminən 500 metr aralıda yaxalayıb və onu linç edib. Bu qətli kimin sifariş verdiyini öyrənməyə çalışıblar. Hadisədən sonra bazara OMON yeridilib, onlarla azərbaycanlı saxlanılıb. İsmayılovu güllələyən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun aldığı xəsarətlərə görə hələlik danışmaq imkanında olmadığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu gün Emil Hüseynovun azərbaycanlılardan ibarət kütlə tərəfindən necə döyüldüyünü əks etdirən videokadrları yayıb. Kadrlardan görünür ki, İsmayılovun qatili sifəti qan içində yerdə uzanıb, ətrafdakılar onu döyür və qətli kimin sifariş verdiyini soruşur.
Kütlənin içərisindən kimsə “Ayə, öldürməyin, it gəlməmiş öyrənin, (polisləri nəzərdə tutur) görün kim sifariş verib” deyə Hüseynovu döyənlərə məsləhət verir. Kimliyi məlum olmayan iki nəfər Hüseynovu yerdə sürüyür və kütlədən aralayıb harasa aparmağa çalışır, bu zaman onun sifətinə təpiklə zərbələr endirilir. Həmin şok kadrları oxuculara təqdim edirik.
Mənbə:> Virtualaz.org