Pikassonun “Oturan qadın” əsəri rekord vurdu – FOTO
Pablo Pikassonun “Oturan qadın” (1909) əsəri Londonda “Sotheby's” hərrac evində 63,4 milyon dollara satılıb.
Oxu.Az bu barədə CNN-ə istinadən xəbər verir.
Beləliklə, bu əsər hərracda satılan kubizm üslubunda hazırlanan ən bahalı əsər olub.
Rəsm əsərində Fernando Olivyenin sevgilisi olan model təsvir edilib.
2008-ci ildə Jozef Fernan Lejenin “Mavi geyimli qadın” portreti hərracda 39,2 milyon dollara satılıb. Bununla da həmin əsər özəl kolleksiyada olan ən mühüm kubizm əsəri olmuşdu.
Mənbə:> Oxu.Az