Azərbaycanlı qız Enrike İqlesasın qucağında – VİDEO
Bu gün “Formula 1” oyunları ilə bağlı Dənizkənarı Milli Parkda konsert keçirilib.
Azxeber.com-un məlumatına görə, əhnəyə dünya şöhrətli müğənni Enrike İqlesias çıxıb.
Aparıcılığını şoumen Murad Dadaşovun etdiyi tədbirdə əsl bayram ab-havası yaşanıb.
“Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirərək şəhərimizin qonaqlarına unudulmaz gecə yaşadıb.
Konsertdə ən çox diqqətçəkən məqam isə Enrike fanatının səhnəyə çıxması olub. Belə ki, fanatlarına yaxınlaşan müğənniyə anidən gənc qız yaxınlaşıb və onun qucağına atılıb. Könüllülər qızı Enrikedən ayırmaq istəsə də, müğənni buna razı olmayıb və bir neçə saniyə qız onun boynundan asılı qalıb.
Həmin görüntüləri şərhsiz təqdim edirik:
Post by aznews.info.
Mənbə:> Azxeber.com