Azad Rəhimov: Alonsoya o qədər pulu heç kim verməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azad Rəhimov: Alonsoya o qədər pulu heç kim verməyib

Azad Rəhimov: Alonsoya o qədər pulu heç kim verməyib

Gənclər və idman naziri Azad Rəhimov bu gün başlayan “Formula-1” yarışlarının ölkəyə faydası və bu yarışlara çəkilən xərclər barədə danışıb.

Oxu.Az-ın xəbərinə görə, nazir APA-ya müsahibəsində deyib ki, Azərbaycanın birbaşa gəlirləri bilet satışındandır.

“Bu günə 2 milyon manatdan artıq bilet satılıb, amma digər gəlirlər birbaşa deyil. Onlar Bakıya gələn turistlərlə bağlıdır”, - deyə nazir bildirib.

Nazirin deməsinə görə, indi Bakı otellərində boş yerlər yoxdur, hamısına sifariş verilib. O bildirib ki, Azərbaycana 10-15 mindən artıq turist gəlib.

Daha sonra nazir İspaniyanın “Marca” nəşrində yer alan fikirlərlə bağlı verilən sualı cavablandırıb. Həmin nəşrdə yazılırdı ki, “Formula-1” yarışlarının Bakıda keçirilməsindən ötrü Azərbaycan 80 milyon dollar verib. Fernando Alonsonun yarışın rəsmi səfiri olmasına isə 2 milyon dollar ödənib.

“Dəfələrlə bu rəqəmlər barədə açıqlama vermişəm. Asfalt qatını dəyişməyə 12 milyon manata yaxın vəsait ayrılıb. “Azadlıq” meydanında o böyük binaya (“poddok”) 20 milyona qədər vəsait verilib.

Həmin bina alınıb, növbəti illərdə də istifadə olunacaq, yenidən almağa ehtiyac qalmayacaq. Sadəcə, qurulacaq. Şəhərdə xüsusi hasarlar tikilib, digər işlər görülüb. Sözsüz ki, Alonsoya o qədər pulu heç kim verməyib. Bu, düzgün məlumat deyil. Amma ümumilikdə bu işlərə dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək”, - deyə nazir qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *