Rus bölməsinin abituriyentləri imtahan veriblər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Rus bölməsinin abituriyentləri imtahan veriblər – YENİLƏNİB

Rus bölməsinin abituriyentləri imtahan veriblər

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçirilən “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

12:22

Bu gün, iyunun 12-də, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlayıb.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476-sı imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də aparılmış imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak imkanı verilib.

İmtahanda 1400-dən çox abituriyent iştirak edir. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *