TQDK bu gün imtahan keçirir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

TQDK bu gün imtahan keçirir

TQDK bu gün imtahan keçirir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirir.

Komissiyadan Oxu.Az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilir.

Abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Qeyd edək ki, hər düzgün cavab bir balla qiymətləndirilir.

İmtahanda 8426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Bugünkü imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *