Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edilib

Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabineti “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, indiyə qədər “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na əsasən məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənilirdi.

Dəyişikliyə əsasən, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti ləğv edilib. Bundan sonra məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödəniləcək.

“Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nda da müvafiq dəyişiklik edilib.

İndiyə qədər baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə verilirdi.

Bundan sonra baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə veriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *