Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb - YENİLƏNİB
Ötən gün axşam saatlarında axtarış aparmaq üçün “Qanun” nəşriyyatına gələn polis əməkdaşları binanın ətrafında post qurub.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz “Facebook” səhifəsində yazıb.
Ş.Xuduoğlu nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu bildirib. O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.
11.07.2016 23:10
Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.
Oxu.Az xəbər verir ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər.
Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, onlara axtarış aparmaqda hər hansı sənəd təqdim etməyiblər buna görə də onlar binada axtarış aparmağa buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hadisə yerində olan hüquqi nümayəndəsi vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir:
“Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb".
Mənbə:> Oxu.Az