Sumqayıtda hamilə qadınlar üçün məktəb fəaliyyətə başladı » AzNews.info -Xəbər portalı

Sumqayıtda hamilə qadınlar üçün məktəb fəaliyyətə başladı

Sumqayıtda hamilə qadınlar üçün məktəb fəaliyyətə başladı


Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, “Təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır.

Valideynlər məktəbində məşğələlər həftədə bir dəfə müntəzəm surətdə aparılır. Məşğələlərdə hamilə qadınlarla bərabər həyat yoldaşları və ailə üzvlərindən olan şəxslər iştirak edirlər.

Məşğələlər zamanı, eyni zamanda hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir.

Hamilə qadının həyat tərzinin dəyişdirilməsi, açıq havada gəzinti, düzgün qidalanma, gigiyenik qulluq (dəriyə, dişlərə və s. bədən üzvlərinə) barədə məsələlər xüsusilə vurğulanır.

Sonrakı məşğələlərdə doğum evinə hazırlıq, doğuşda əməkdaşlığın rolu, doğuş əlamətləri, doğuş və ondan sonrakı dövr haqqında ətraflı məlumat verilir.

Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə (xüsusən abortların azaldılması, kontraseptiv vasitələrdən istifadə) xüsusi diqqət verilir.

Bu məşğələlər zamanı ayda bir dəfə hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin rolunun əhəmiyyəti barədə məlumat verilməsi üçün psixoloq dəvət olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *