Namaz qılmaq istədi, qayaların arasında ilişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Namaz qılmaq istədi, qayaların arasında ilişdi – VİDEO

Namaz qılmaq istədi, qayaların arasında ilişdi

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:25-də başa çatıb.

Virtualaz.org-un məlumatına görə, qayalar arasında sıxılıb qalan şəxs 41 yaşlı Xızı rayonu, Sitalçay kənd sakini Qasımov Rövşən İsmayl oğludur. O, Xırıdzində pirinə (Beşbarmaq) ziyarətə gəlib, namaz qılmaq məqsədilə yaxınlıqdakı qayaya dırmaşmaq istəyərkən, qayaların arasında sıxılmış vəziyətdə qalıb.

O, hadisə nəticəsində yüngül xəsarət alıb, çiyni çıxıb. Hadisə yerinə gəlmiş Şimal Regional Təcili Tibbi Yardım xidmətinin həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərilib, səhhəti qənaətbəxş olduğundan özü xəstəxanaya aparılmaqdan imtina edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *