Sabah Azərbaycanda 32 dərəcəyədək isti olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Azərbaycanda 32 dərəcəyədək isti olacaq

Sabah Azərbaycanda 32 dərəcəyədək isti olacaq


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, lakin gecə və səhər yarımadanın bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *