Sinoptiklərdən sabaha olan hava xəbərdarlığı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sinoptiklərdən sabaha olan hava xəbərdarlığı

Sinoptiklərdən sabaha olan hava xəbərdarlığı


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *