“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi » AzNews.info -Xəbər portalı

“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi – FOTO

“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi


“Qarabağ”ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.

AzNews.info-nun “Report”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Globo” məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib.

Doğma şəhərində dincələn hücumçu şəxsi “Chevrolet Camaro” markalı avtomobili ilə hərəkətdə olarkən motosikleti vurub. Nəticədə motosikl sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.

Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.

Qeyd edək ki, Reynaldo “Qarabağ”da 2013-cü ilin qışından çıxış edir.

“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi
“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi
“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *