“Formula-1” iştirakçılarına viza verilməsinə başlanıldı
“Formula-1” Avropa Qran Pri yarışında iştirak edəcək komandaların üzvləri və nümayəndə heyətləri bu gündən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin 3 mart tarixli Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, “Formula-1” Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il iyunun 1-dən 20-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq havalimanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
“Formula-1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab ediləcək.
Mənbə:> Oxu.Az