İnterpol Nemtsovun qətlinin təşkilatçısını axtarışa verdi – FOTO
İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal edilən Rusiya vətəndaşı Ruslan Muxudinovu beynəlxalq axtarışa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, 29 yaşlı rusiyalı qətl və odlu silahın qanunsuz dövriyyəsində günahlandırılır.
Xatırladaq ki, Boris Nemtsov 27 fevral 2015-ci il tarixində Moskvanın mərkəzində güllələnərək öldürülüb.
Mənbə:> Oxu.Az