Obamanın aşpazı laçınlı məcburi köçkün ailəsinin qonağı oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Obamanın aşpazı laçınlı məcburi köçkün ailəsinin qonağı oldu – VİDEO

Obamanın aşpazı laçınlı məcburi köçkün ailəsinin qonağı oldu


Beynəlxalq səviyyəli aşpaz, Barak Obama, Lady Gaga, Opra Vinfri kimi məşhur simaların şəxsi kulinarı Art Smit Azərbaycandadır.

ANS TV-nin məlumatına görə, dünyada olduqca məşhur olan aşpaz Amerika günləri çərçivəsində ölkəmizə təşrif buyurub. Prezident Obamanın gündəlik rasionunu müəyyən edən Art bu gün Azərbaycan mətbəxinin təamlarını dadıb.

Maraqlısı odur ki, ona bu süfrə Laçından məcburi köçkün düşmüş ailədə açılıb. Yaşadıqları bütün çətinliklərə, məcburi köçkün həyatının ağırlığına baxmayaraq Ağayevlər ailəsi qonağı azərbaycanlılara məxsus qonaqpərvərliklə yola salıb



Barak Obama hələ 2008-ci ildə senat olanda "The New York Times" onun sevdiyi və sevmədiyi yeməklərin siyahısı dərc etmişdi. Sən demə Obama qovrulmuş badam, fıstıq, fındıq, südlü şokolad və tərəvəzləri sevir.

Mayonez, cips, qulançarı ağzına belə almır. Limonad və spirtsiz içkiləri içmir, çaya və suya üstünlük verir.

Obamanın həyat yoldaşı Mişel Obama isə sağlam qidalanmanın tərəfdarıdır. Belə ki, o Ağ Evin həyətində bostan salıb. O, bostandan 700 kq-a yaxın məhsul toplayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *