Xəbər aparıcısı ANS-i tərk etdi
ANS-in aparıcısı Xanım Yadigarlı işdən ayrılıb.
AzNews.info xəbər verir ki, axşam.az-ın məlumatına görə, o, artıq bir aydan çoxdur telekanalla yollarını ayırdığını bildirib.
X.Yadigarlının təhsili ilə bağlı bir müddət efirlərdən uzaq qalacağı deyilir.
Qeyd edək ki, X.Yadigarlı ANS-də “Şoubiz”,“Xəbərçi” kimi verilişlərin aparıcısı, “Xəbərlər” departamentinin baş redaktoru olub.
Mənbə:> Axşam.az