BBC-nin aparıcısı yalan xəbərə görə istefa verdi – FOTO
Dünyanın ən nüfuzlu xəbər quruluşlarından olan BBC-nin ərəbcə şöbəsinin suriyalı aparıcısı Dima İzəddin ölkəsi barədə yayımlanan xəbər səbəbindən bu kanaldakı vəzifəsindən istefa verib. ANS PRESS-in məlumatına görə, İzəddin bu barədə sosial şəbəkədəki səhifəsində bəyanat yayıb. Aparıcı, iş yoldaşlarından ayrıldığı üçün təəssüfləndiyini bildirib.
“Ekranlardan ayrılmaq vaxtı çatdı. Buradakı iş yoldaşlarımı çox sevirəm. Onlardan ayrıldığım üçün təəssüf edirəm. Bir qurumun müəyyən prinsipləri olmalıdır. Amma bu olmadı. Təəssüf ki, heç bir şey olması lazım olduğu kimi deyil.”
Dima İzzəddinin istefasını əks etdirən mesaj
Dima İzəddin ölkəsi barədə yanlış xəbərlər səbəbindən BBC-dən ayrıldığını ifadə edib: “Ümumiyyətlə ordan istifadə etdim və alacağımı aldım. Artıq mən BBC-də bacarmaram. Mənim parçalanamış ölkəm barədə hazırlanan xəbərlər məni burdan ayırdı.”
Suriyalı aparıcının istefasından sonra "BBC Arabic" bu xəbərə görə üzr istəyib. Kanal rəhbərliyi “twitter”də yazdığı mesajda səhv xəbərə görə üzr istədiyini ifadə edib: “Qətliam baş vermiş müxaliflərə aid bölgənin hakimiyyətə aid kimi göstərildiyi xəbərə görə üzr istəyirik.” – deyə qurumun sosial şəbəkədəki rəsmi səhifəsində bildirilir.
"BBC Arabic"in üzr istədiyi mesaj
Qeyd edək ki, həmin xəbərdə müxaliflərin rejimin hakim olduğu yerlərdə qətliam törədərək 44 nəfəri öldürdüyü iddia edilmişdi. Əslində isə göstərilən materiallarda Əsəd və rus əsgərlərinin Hələbdə mülki əhalini qətlə yetirdiyinin əks edildiyi iddia olunur.
Mənbə:> ANSPRESS