Sayğacı olmayanların su pulu necə hesablanacaq? – VİDEO
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Tarif Şurasının qərarı ilə su təhizatı və tullantı sularının axıdılması xidmətlərinin qiyməti artıb.
Belə olan vəziyyətdə smartkart sayğacından istifadə edən və bu sayğacla təmin olunmayan vətəndaşların su pulu necə hesablanacaq?
“Azərsu” Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, smart-kart tipli sayğacdan istifadə edən vətəndaşlar bu ay üçün işlətdiyi su miqdarının yarısını köhnə, yarısını isə yeni tariflə ödəyəcək. Belə sayğaclar artıq mərkəzdən yeni tariflərə uyğun olaraq dəyişdirilib.
Əgər vətəndaşın sayğacı yoxdursa, hesablama aparılarkən evdə qeydiyyatda olan şəxslərin sayına baxılacaq.
Suya borcu olan vətəndaşların da borcları bu gündən etibarən yeni tariflərlə hesablanacaq. Mexaniki sayğacdan istifadə edən vətəndaşların su pulu isə fərqli hesablanacaq.
Qurum rəsmisi suyun qiymətinin artmasında bir neçə amilin rol oynadığını deyir.
AzNews.info Xəzərxəbər-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər