Ölü və xəstə heyvan ətini satanlar tutuldu
Ağdaş rayon sakinləri 945 kiloqram keyfiyyətsiz at əti satmaq istəyən zaman saxlanılıblar.
Bu barədə virtualaz.org saytına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Ağdaşda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Mənbə:> Virtualaz.org