Aparıcı canlı yayımda öldü – VİDEO
İranda aparıcı veriliş əsnasında qəflətən dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə əmək günü ilə bağlı yayımlanan verilişdə baş verib.
Əhməd Kaimi adlı aparıcı nümunəvi işçilərin adlarını sadalayaraq onları səhnəyə dəvət edərkən qəflətən yerə yıxılıb. Təcili xəstəxanaya çatdırılan 40 yaşlı şoumenin infarkt keçirdiyi məlum olub.
Veriliş İranın Rəzəvi Xorasan əyalətinə bağlı Çinaran şəhərində yayımlanıb.
Analoji hadisə Serbiya televiziyalarından birində də baş verib. Hadisə aparıcının Hz. Məhəmməd (s.a.v) haqqındakı karikaturaları şərh edərkən baş verib. Xanım aparıcı veriliş əsnasında qəflətən dünyasını dəyişib.
Efir məkanında baş verən daha bir üzücü hadisə isə ötən ilin avqustunda yaşanıb. ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı jurnalist və fotomüxbir bir nəfər naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.
Ötən ilin avqustunda baş verən hadisə bütün dünya mətbuatında şok effekti yaradıb. Hücum nəticəsində müsahibə alan jurnalist Elison Parker və onun operatoru Adam Uord vəfat edib.
Canlı efirdən olan videodan da göründüyü kimi kimliyi məlum olmayan bir kişi çəkiliş qrupuna yaxınlaşaraq onlara atəş açmağa başlayıb.
Mənbə:> ANSPRESS