Sumqayıtda tezliklə şəhər daxili turlara start verilir – FOTO
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatı dəstəyi ilə tezliklə şəhər və ölkə daxili turlara start verilir.
AzNews.info xəbər verir ki, tur səyahətləri zamanı səyahətçilər şəhərin gəzməli, görməli yerlərini ziyarət etmək və istirahətlərini faydalı keçirmək imkanlarına malik olacaqlar.
Təklif edilən yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı, şəhər teatrı və s. daxildir.
Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Qeyd edək ki, şəhid ailələri üçün xidmət pulsuzdur.
Həmçinin ölkə daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər təklif edilir.
Təklif edilən yerlər sırasına Bakı və Bakı ətrafı, eyni zamanda Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Lahıc və digər bölgələrimiz daxildir. Bölgələrə tur səyahətləri 9 AZN dən (məsafəsindən asılı olaraq) başlayaraq 30 Azn-ə qədər müəyyən olunub.
Qeyd edək ki, sifariş əsasında respublika ərazisindəki ziyarətgahlara da səfər təşkil olunur.
Sifariş etmək üçün aşağıdakı əlaqə nömrələrinə və internet ünvanlarına müraciət edə bilərsiniz. Sifarişlər fərdi və kollektiv şəkildə qəbul olunur.
Ünvan: Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12
Tel: 018 655 49 87, 077 481 07 09, 055 771 44 41
Mənbə:> AzNews.info