Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var – YENİLƏNİB

Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var


Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

AzNews.info xəbər verir APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

10:54

Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.

AzNews.info Report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.

Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: APA / Report / Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *