Azərbaycanda yağışlı hava davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda yağışlı hava davam edəcək

Azərbaycanda yağışlı hava davam edəcək


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti ütünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 15-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, aprelin 30-dan mayın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *