Azərbaycanda sulu qar, qar gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda sulu qar, qar gözlənilir

Azərbaycanda sulu qar, qar gözlənilir


Bakıda və Abşeron yarımadasında həftənin sabah arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 21-i və 22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *