Bakıda intizamsız sürücülərə xəbərdarlıq: Xüsusi siqnal dirəkləri quraşdırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakıda intizamsız sürücülərə xəbərdarlıq: Xüsusi siqnal dirəkləri quraşdırılır

Bakıda intizamsız sürücülərə xəbərdarlıq: Xüsusi siqnal dirəkləri quraşdırılır

Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Virtualaz.org xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.

ASC-dən verilən açıqlamada bildirilir ki, bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə xüsusi qabarıq yol cizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə, digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdular və qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb.

Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.

Məlumatda bildirilir ki, bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *