Müğənni Prins öldü
Onun adı rok-n-roll şöhrət Zalına salınıb.
Amerikalı müğənni Prins Rocers Nelson 57 yaşında dünyasınıı dəyişib, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
Onun cəsədi aprelin 21-i səhər saatlarında Minneapolisdə evində ölü halda tapılıb. Ölümün dəqiq səbəbləri hələlik məlum deyil. Polis hadisəni araşdırır.
TMZ nəşri dəqiqləşdirir ki, aprelin 15-də müğənninin təyyarədə qəfil səhhəti pisləşib. Pilot qəza enişi edib.
Sonradan artistin qriplə mübarizə apardığı bildirilib. Prins hətta iki konsertini təxirə salmalı olub.
Qeyd edək ki, Prinsin adı rok-n-roll şöhrət Zalına salınıb. Ona ən çox şöhrət qazandıran albom “Purple Rain”dir (1984-cü il). Müğənni “Qremmi”, “Oskar” və “Qızıl Qlobus” laureatıdır.
Prins mahnılarını ritm-end-blüz, fank və rok janrlarında yazırdı. Onun ilk albomu 1978-ci ildə işıq üzü görüb. Müğənni ümumulikdə 20 albom buraxıb.
Mənbə:> Oxu.az