Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı – FOTO
Bu gecə Yekaterinburqda avtoritetlərin kriminal “sxodkasında” iştirak edən 160-dan çox azərbaycanlı yaxalanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, polislər saxlanılma əməliyyatının FTX əməkdaşlarının iştirakı ilə kafelərin birində həyata keçiriblər.
KİV-in məlumatına görə, toplaşanlar Ağayarı Azərbaycan diasporunun nəzarətçisi elan edilməsi planlaşdırılırdı.
“Xüsusi əməliyyatın aparıldığı kafeyə baxış zamanı hüquq-mühafizə orqanı əməkdaşları narkotikə oxşayan maddə, eləcə də bıçaq, dəyənəklər aşkar ediblər”, - DİN region üzrə Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx bildirib.
“Ağayar yubileyinin qeyd edilməsi bəhanəsi ilə Yekaterinburqdakı yerlilərini Kosmanavtı prospekti 134-də yerləşən kafeyə dəvət edib. Burada o, özünü Azərbaycan diasporuna nəzarətçi elan etmək fikrində idi. Dəvəti Pervouralskdan Əli, XMMV-dan Cumanşir, Kamışlovdan Vaqif qəbul edib, Permdən də avtoritetlər gəlib. Bu gün tədbiri keçirmək niyyətində olublar”, - mənbə “URA.Ru” portalına bildirib.
Məlumata görə, saxlanılanların hamısı DİN Sverdlovsk vilayəti üzrə Dövlət İdarəsinin mütəşəkkil cinayətlə mübarizə bölməsinə gətiriliblər. Hadisə yerinə Azərbaycan konsulluğunun əməkdaşları gəlib. Azərbaycan diasporunun nümayəndələrinin sözlərinə görə, saxlanılan şəxslərin hamısının barmaq izləri götürülüb. Saxlanılan zaman silah, bıçaq, narkotikə oxşayan maddələr müsadirə edilib. Yoxlama və izahatların alınması prosesi gedir.
Mənbə:> Oxu.Az