Vaxtanq Kikabidze: Azərbaycanda yaxşı mahnı və zarafatın dəyərini bilirlər – VİDEO
Müğənni və aktyor Vaxtanq Kikabidze “Moskva-Baku” portalına qısa monoloq-müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, bakılı tamaşaçılar ilə çoxdankı və qarşılıqlı məhəbbətindən, hər şeydən çox dəyərləndirdiyi dostluğundan və azərbaycanlılar ilə gürcülərin oxşar cəhətlərindən danışıb.
“Mən Bakıda tez-tez oluram və ora qayıtmağı sevdiyimi gizlətməyəcəm. Demək olar ki, şəhər ilə qarşılıqlı məhəbbətimiz var, mən ora sevinclə gedirəm. Bakıda özümü yaxşı hiss edirəm.
Səfərlər əsasən işlə bağlı olur. Qastrollara gedirəm, baxmayaraq ki, orda çox və əsl dostlarım var. Onlar istədikləri vaxt Tibilisiyə gələ bilərlər və onları orada isti qarşılama gözləyir.
Bakıdakı solo konsetrtlərim anşlaq ilə keçir, tamaşaçılarda hər dəfə “yenə gəlin” sözünü eşdirəm. Tamaşaçılara hər zaman minnətdaram, öz təşəkkürümü mahnılarımla bildirirəm.
Bir neçə dəfə öz gözəlliyi və aurası ilə unikal məkan olan Heydər Əliyev Mərkəzində çıxş etmişəm. Möhtəşəm binadır, memarlığına görə qeydri-adidir, amma orada eyni zamanda çıxış etmək çox asandır.
Azərbaycanda da Gürcüstanda olduğu kimi yaxşı mahnı və zarafatın dəyərini bilirlər, hər iki millət çox qonaqpərvərdir. Ora qayıtmaq imkanı məni hər dəfə sevindirir”.
Mənbə:> Oxu.Az