Azərbaycanlı miqrantlara görə Bakıya gələn təyyarə gecikdi
Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantların federasiyadan çıxarılması proseduru Sankt-Peterburqun “Pulkovo” hava limanından uçmalı olan reysdə ləngiməyə səbəb olub.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, “J2 020” saylı reys ilə saat 23.55-də Bakıya uçmalı olan AZAL-a məxsus təyyarə bir saat gecikmə ilə yola düşüb. Miqrantları Cəzaların İcrası Federal Xidmətinin əməkdaşlar müşayiət ediblər.
“Miqrantların mindirilməsi bir saat çəkib. Digər sərnişinlər təyyarədə gözləyiblər”, – deyə oxucu bildirib.
“Pulkovo” aeroportunun online-tablosuna görə “A-319” təyyarəsi gecə saat 00.47-də havaya qalxıb.
Mənbə:> Report.az