Bakı-Moskva təyyarəsində bomba həyəcanı » AzNews.info -Xəbər portalı

Bakı-Moskva təyyarəsində bomba həyəcanı – YENİLƏNİB

Bakı-Moskva təyyarəsində bomba həyəcanı


Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır.

AzNews.info xəbər verir ki, bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.

Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.

Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.

Qeyd edək ki, yoxlama başa çatıb, sərnişinlərə təhlükənin sovuşduğu bildirilib və artıq təyyarə havaya qalxaraq marşrut üzrə reysini yerinə yetirir.

12:05

Bakı-Moskva aviareysini yerinə yetirən təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt sərnişinlərdən birinin səhhətində problem yaranıb və tibb işçiləri ona kömək ediblər.

Bundan sonra təyyarənin nə vaxt havaya qalxacağı ilə bağlı qərar veriləcək.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu sözləri bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Airbus-320” təyyarəsinin gecikmə səbəblərinə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

AZAL sözçüsü sərnişinlərin düşürülməsi və yenidən yoxlanılması ilə bağlı məlumatların yanlış olduğunu deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib ki, J2 852 reysini yerinə yetirən təyyarənin uçuş vaxtı 11:40-a keçirilib.

Təyyarədə olan sərnişinlərin verdiyi xəbərə görə, səhhəti pisləşən kişi sərnişin əvvəl təyyarədən düşürdülüb, ona tibbi yardım göstərilib və yenidən təyyarənin salonuna qayıdıb.

Təhlükəsizlik qaydalarına uyğun olaraq, bu reysi yerinə yetirən “A-320” təyyarəsinin bütün sərnişinləri yenidən endirilib və onların əl baqajı, habelə təyyarənin salonu təkrar yoxlamadan keçirilib.

Qeyd edək ki, bu reyslə hərəkət edəcək təyyarə hələ havaya qalxmayıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *