Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı təfərrüatlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı təfərrüatlar – FOTO

Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı təfərrüatlar


Xəbər verdiyimiz kimi, Sumqayıtda 27 yaşlı Namiq Əlibaba oğlu Məmmədov doğulduğu gün qətlə yetirilib.

“Qafqazinfo” ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatları əldə edib. Hadisə şahidləri bildirir ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan Namiqə 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər.

Namiq Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub. Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri-1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.

Şahidlərin sözlərinə görə, qonşulardan biri mərhumun ailəsinə xəbər verməyə, biri taksi axtarmağa, digəri isə təcili tibbi yardıma zəng ediblər. Namiq aldığı dərin bıçaq zərbəsindən bir neçə dəqiqə sonra, anasının qucağında keçinib...

Qonşuların iddiasına görə, Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Şahidlər ehtimal edir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.

Polis bölməsində oğruluq ittihamı ilə qalan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar. Şahidlik etmək üçün bölməyə dəvət olunan qonşular təsadüfən qatili görərək onun haqda soruşublar və oğurluq üstündə tutulduğunu eşidiblər. Bundan sonra, qonşular həmin şəxsin əslində Namiqin qatili olduğunu bildiriblər və Babək Atamalıyev sorğu-sualdan sonra hər şeyi boynuna alıb.

Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı təfərrüatlar
Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı təfərrüatlar

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *