"Heydər Əliyev" parkının hasarları söküldü – VİDEO
Sumqayıt şəhərində Heydər Əliyevin adını daşıyan parkda abadlıq-quruculuq işləri davam edir.
AzNews.info Xəbərlə.com-a istinadən xəbər verir ki, parkın bir hissəsində Heydər Əliyev Mərkəzi, digər hissəsində isə Şahmat Məktəbi tikilir.Bununla yanaşı, parkın ərazisinin genişləndirilməsi prosesinə də başlanılıb. Belə ki, parkın Zülfi Hacıyev küçəsi istiqamətində olan hasarları sökülüb. Bu hissədə olan köməkçi avtomobil yolu ləğv edilib və ərazi parkın ərazisinə qatılacaq.
Bu gündən isə parkın digər hissəsində -9-cu mikrorayon ərazisində də hasarların sökülməsinə başlanılıb. Məlumata görə ərazidə olan avtomobil yolu genişləndiriləcək və piyada səkisi qoyulacaq.
Mənbə:> Xəbərlə.com