Bakının mərkəzində ev yanır: Ölənlərin olduğu deyilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakının mərkəzində ev yanır: Ölənlərin olduğu deyilir

Bakının mərkəzində ev yanır: Ölənlərin olduğu deyilir


Bu dəqiqələrdə keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır. Hadisə yerindən xəbər verilir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *