“Polkovnik” sənədli filminin Polşada nümayişi keçiriləcək » AzNews.info -Xəbər portalı

“Polkovnik” sənədli filminin Polşada nümayişi keçiriləcək

“Polkovnik” sənədli filminin Polşada nümayişi keçiriləcək


2016-cı il martın 14-də Polşanın paytaxtı Varşava şəhərində “Salnamə” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş “Polkovnik” sənədli filminin nümayişi keçiriləcək.

AzNews.info xəbər verir ki, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılmışdır.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *