"Qadınlar nə istəyir?" » AzNews.info -Xəbər portalı

"Qadınlar nə istəyir?" – FOTO

"Qadınlar nə istəyir?"


Martın 5-də Victory - şəxsi inkişafı hədəfləyən qadınlar üçün platformanın təşəbbüsü və təşkilatçılığı ilə Starbucks şəbəkəsində "Qadın psixologiyasının incəlikləri - qadınlar nə istər?!" mövzusunda ilk seminar keçirilmişdir.

AzNews.info xəbər verir ki, seminarı giriş sözü ilə açan Jurnalist-aparıcı İlhamiyyə Rza qadınların bugünki ümumi vəziyyətindən, onların cəmiyyətdəki fəaliyyətindən, həmçinin, şəxsi həyatdakı yaşamlarına təsir edən amillərdən danışıb. İ. Rza daha sonra qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdə iştirak edən xanımların timsalında bütün qadınların bayramını təbrik edib.

Daha sonra layihə rəhbəri Vüsalə Mustafazadə gələn qonaqlara layihə haqqında geniş məlumat verib, Starbucks şəbəkəsinə tədbirin araya-ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə təşəkkür edib. "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu - Narınc Rüstəmova "Qadın psixologiyasının incəlikləri - qadınlar nə istər?!" mövzusu haqqında danışaraq, təxminən iki saat ərzində həm qadınlarla bağlı fikirlərini bölüşüb, həm də seminar iştirakçılarının suallarını cavablandırıb. Seminarın sonunda tədbirdə iştirak edən xanımlara “Aromaniya.az” etir butiki və “Grace” gözəllik salonu tərəfindən müxtəlif hədiyyə kuponları təqdim olunub.


"Qadınlar nə istəyir?"
"Qadınlar nə istəyir?"
"Qadınlar nə istəyir?"
"Qadınlar nə istəyir?"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *