Aygün Kazımova: Prezidentin mənə verdiyi evi satdım » AzNews.info -Xəbər portalı

Aygün Kazımova: Prezidentin mənə verdiyi evi satdım

Aygün Kazımova: Prezidentin mənə verdiyi evi satdım


Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsınız” rubrikasının qonağı olub.

AzNews.info-nun Axşam.az-a istinadən məlumatına görə, müğənni maraqlı açıqlamaları ilə diqqət çəkib. Belə ki, A.Kazımova dünyaca məşhur reper Snup Doqqla layihə zamanı Türkiyədəki “Doqquz-səkkiz” şirkətinin onu aldatdığını bildirib:

“Türkiyədə məni aldatdılar. Snup Doqqla layihə üçün məndən 280 min dollar istədilər. Dedilər ki, artıq olsa da, 300 min dolları keçməyəcək. Sən demə, bu Snup Doqq tərəfin yox, türklərin variantı idi. Məni görəndə elə bilirlər, neft fantan vurur, imkanlıyam. Dedim, pərəstişkarlarım sevinər, Türkiyə üçün yenilik olar. Fikirləşdim ki, iki maşınım var, onu satım. Məni rahat dünyamdan çıxartdılar, saldılar narahat aləmə. Fikrim ancaq pul tapmaq idi. Evimi banka qoyub, 250 min manat götürdüm. Elə sevinirdim...

“Doqquz-səkkiz” şirkətinə çox güvənirdim. Onlar da bilirdilər ki, mən sənətə görə canımı da verərəm. Pulu Amerikaya göndərdim, nə qədər pul itirdim. Baxıram ki, pul istədiklərindən çox gedir. Layihəyə dediklərindən çox pul xərclədim, amma yenə də pula ehtiyac vardı. Hollivudda olanda layihəni dayandıracaqdım. Sonra fikirləşdim ki, yarıdan çox məbləği vermişəm. Çıxıb desəm ki, mən layihədən geri çəkildim, inanmayacaqlar. Sevənlərim inansa da, düşmənlərim ələ salacaqdı. Klipi çəkdim, Hollivuddan qayıtdım. Onu almaq üçün də nə qədər məbləğ istədilər. Məbləğ 500 mini keçirdi”.

A.Kazımova ölkə rəhbərliyinin ona verdiyi evi satdığını etiraf edib:

“Ölkə rəhbərliyi sənətimə qiymət verib, mənə ev bağışlamışdı. O qədər sevinirdim ki... Fikirləşirdim ki, bu evi bəzəyəcəm, ora köçəcəm. Məni o həddə gətirdilər ki, onu satdım. Layihəni bitirdim. Məni tələyə saldılar. Nə dedilər onu ödədim. Bu günə qədər sənətim sayəsində nə qazanmışdımsa, hamısını xərclədim. Üç ildir klip çəkmirəm. Hər dəfə əlimə pul gələndə, düşünürəm ki, bunu nəyə xərcləyim?

Banka borcumu verim, klip çəkdirim, yoxsa mahnı alım? Mən yaşamalıyam, böyük qızımı dolandırmalıyam. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Şükrlər olsun ki, canım sağlamdır. Yenə işləyəcəm, qazanacam. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Mən ən dövlətli müğənniyəm. Layihələrimi toplasam, orada milyardlar və ürək var. “Səni belə sevmədilər” klipinin çəkilişi üçün maşınımı satdım. Məbləği dollarla ödəməliydim. Dolların məzənnəsi yüksəlmədən onu ödəmişdim. Həyatımda ilk dəfə ağıllı iş görmüşdüm. İndi dostlarım var, harasa gedəndə maşınla aparır. Ən əsası isə taksi xidməti var. İnanıram ki, hər şey yaxşı olacaq”

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *