VIP çadırların qurulması qadağan ediləcək – VİDEO
Yas mərasimləri üçün vip çadırların bir günlük icarəsinin qiyməti təklifdən asılı olaraq 5-30 min manat arasında dəyişir.
AzNews.info xəzərxəbər-ə istinadən xəbər verir ki, belə çadırların qurulması qadağan ediləcək.
Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bununla da hər kəs yas mərasimlərini bərabər şəkildə keçirəcək və israfçılığın qarşısı alınacaq.
Yas mərasimləri zamanı vip adlandırılan çadırların qurulmasına icazə verilməyəcək. Artıq bu məsələ yeni hazırlanan “Xeyr və Şər adətləri” adlı qanun layihəsi ilə tənzimlənəcək.
Milli Məclisin İctimai birliklər ve dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, yeni qanunla yas mərasimləri zamanı insanlar arasında bərabərlik tam şəkildə təmin ediləcək.
Siyavuş Novruzovun sözlərinə görə, bu qanun yas mərasimləri zamanı yol verilən israfçılığın qarşısını tam şəkildə alacaq.
Kanalın vip-çadrlar bazarında apardığı qısa sorğu da yas mərasimləri zamanı yol verilən israfçılığı təsdiq etdi.
Mənbə:> Xəzərxəbər